Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim həyət” layihəsi çərçivəsində Sabunçu rayonunda abadlaşdırılan növbəti həyətin açılışı olub

25 avqust 2021 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Adil Əlibabayev küçəsində yerləşən 2000 nəfərdən  çox sakinin yaşadığı 1-5 saylı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Yeni həyətin ərazisində 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 200 ədəd yeni ağac əkilib, 2000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb. Həmin gün isə könüllülər tərəfindən əlavə olaraq 30 ədəd yeni ğac əkilib

Keçidlər