Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü paytaxtda ağacəkmə aksiyası keçirildi

08 noyabr 2021 | 16:00

8 Noyabr – Zəfər Günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində paytaxtımız Bakı şəhərinin bütün rayonlarında geniş miqyaslı ağacəkmə aksiyayarı keçirilib. Bu il ilk dəfə qeyd edilən Zəfər Günündə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və qurumun idarələrinin əməkdaşlarının iştirakı ilə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən aksiya    paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə keçirilib.
Əsas məqsədi Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi olan bu aksiya zamanı ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarı ilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Aksiya paytaxtımızın yaşıllaşdırılması və daha da gözəlləşməsinə bir töhfə olmuşdur.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər