Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi

03 dekabr 2021 | 16:00

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü  - dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb. 
Gün ərzində şəhərin prospekt və küçələri, səki  kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri  görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Gəlin qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq.


   Bakı Şəhər İcra Hakimiyyəti  Mətbuat Xidməti

Keçidlər