Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbə günü Novruz şənliyi və atəşfəşanlıq keçiriləcək

13 mart 2012 | 16:00

Hörmətli paytaxt sakinləri, əziz qonaqlar!

Xalqımızın milli bayramı olan "Novruz bayramı" tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mart ayının 13-də ilaxır çərşənbə münasibətilə tarixi milli geyimli 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00- da Qoşa Qala qapısının qarşısından hərərkət edərək Suraxanı rayonu "Atəşgah" məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı "Gənclər" meydanına gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaqdır. Gənclər meydanında saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00- da atəşfəşanlıq olacaqdır.

Bu səbəbdən 12 mart saat 10:00- dan 13 mart saat 23:00- dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı "Gənclər" meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti bütün xalqımızı ilaxır çərşənbə münasibətilə təbrik edir və bayram şənliyində iştirak etməyə dəvət edir.

Keçidlər