Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın Səbail və Nərimanov rayonlarında monitorinqlər aparılıb

18 mart 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB)  arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial,  ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir.  Təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq RİİB  könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən paytaxtın Səbail və Nərimanov rayonlarının ərazisindəki küçə və prospektlərdə,  parklarda,  məhəllələrdə monitorinqlər keçirilərək yaşıllıq zolaqlarının salınması,  küçələrin işıqlandırılması,  asfalt örtüklərinin yenilənməsi,  abadlıq işlərinin görülməsi,  sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanıb. Təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində reallaşdırılması üçün işlər aparılır.
Monitorinqlərin paytaxtın digər rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

Keçidlər