Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətində mükafatlandırılma mərasimi

14 iyun 2014 | 15:00

Bakı Şəhər İcra Hakimiyyətində müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bakı şəhəri üzrə keçirilən Gül bayramında münsiflər heyəti tərəfindən bəyənilən, təqdimatları ilə fərqlənən iştirakçıların və Bakı şəhəri rayonları arasında ən yaxşı təqdimatlara görə mükafatlandırma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı professor Hacıbala Abutalıbov açaraq, Ulu öndərin ölkəmiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş, onun Azərbaycanımızın dövlətçilik ideyalarının bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə apardığı daxili və xarici siyasətin uğurundan. mükəmməliyindən söhbət açmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün müasir dövrə uyğun olaraq inkişaf etdirilməsini vurğulayan Hacıbala Abutalıbov Gül bayramında iştirak edən idarə, müəssisə, təlim-tədris və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə öz dərin təşəkkürünü bildirmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sektor müdiri Ramil Qədimquliyev nominasiyalar üzrə Gül bayramında kompozisiyaların müxtəlifliyinə, rəhgarəngliyinə görə qalib gələn iştirakçıları elan etmiş , onlar mükafatlar, fəxri fərmanlar və diplomlara təltif edilmişlər.

 

 

 

Keçidlər