Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhəri İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

30 sentyabr 2022 | 12:13

 

 

Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Nümayəndə heyəti abidə önünə əklil qoyub və Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib.

Eldar Əzizov, həmçinin Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısını Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları müşayiət ediblər.

 

Keçidlər