Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

16 yanvar 2023 | 14:35

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən  məlumata  görə  “Şəhidlər Xiyabanı”nda  20  Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür,  ağacların budaqları,  bəzi  kollar  budanıb,  qazon örtüyü yenilənib,  yeni güllər və  kollar  əkilib,  işıq dirəkləri rənglənir,  səkilər və bütün ərazi yuyulur,  Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Keçidlər