Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın uşaq evlərinin sakinləri üçün Novruz şənliyi keçirilib

14 mart 2023 | 17:22

 

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində, ilaxır çərşənbə günündə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtdakı 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün musiqili-əyləncəli bayram tədbiri keçirilib. Populyar artist, müğənni və incəsənət xadimlərinin iştirakı ilə təşkil edilən bayram tədbiri Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki Mərdəkan Mədəniyyət Sarayında baş tutub.

 Təşkilatçılar tədbirdə iştirak edən balaca fidanlar üçün bayramın rəmzi olan Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edərək onlara şən çərşənbə axşamı yaşatdılar. Uşaqların qarşısında “Kilimarası” kukla teatrının kollektivi səhnəciklərlə, rəqqasə Fatimə Fətəliyeva “Xarı bülbül” rəqsi ilə, skripkaçılar Nuray və Əkbər Rəhman, “Səma” və “Lalələr” rəqs ansamllarının üzvləri çıxış etdilər. Maraqlı keçən şənlik uşaqlar tərəfindən böyük sevinclə və gur alqışlarla qarşılandı.    

 

 

 

 

 

 

Keçidlər