Şriftin ölçüsü :

Saytın rəngi :

Milyonlarla insan Bakınin mərkəzində

01 yanvar 2020 | 16:00

Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda  keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak etmişdir. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşmışdı.
Əvvəlki illərdən fərqli olaraq bu ilki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınib. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəlmişlər.
Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olmuşdur. Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri  bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlamışlar. Paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar,  əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib. Bayram günlərində hər tərəfdən musiqi sədaları eşidilirdi. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Keçrilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və   şəhərimizin qonaqları bura qatılaraq onu sevinc və fərəh hissləri ilə izləmişlər.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə bayram tədbirlərinin yüksək səviyyədə təşkili işində böyük əmək sərf etmiş çoxlu sayda insanın da əməyini xüsusi olaraq qeyd etmək lazımdır. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışmışlar. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına komfort çatdırılması böyük əmək tələb edirdi.
Bütün gecəni xüsusi reimdə çalışan kommunal-təsərrüfat sahələri işçılərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.
Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xıdmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib. Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatınin maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilən islahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin etmişdir.  

 

Keçidlər