Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir

11 aprel 2020 | 16:00

Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.
Ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır.
Hazirda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir cox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalmışlar.
Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə  Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları Bakı Şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə  şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır.
Kommunal xıdmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar.

Keçidlər