Şriftin ölçüsü :

Saytın rəngi :

450 küçədə dezinfeksiya işləri aparıldı

08 iyun 2020 | 16:00

İyun ayının 7-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşının köməyi ilə artıq 5-ci dəfə  əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Bu işlərdə Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri də iştirak etmişdir.
Bu genişmiqyaslı tibbi dezindeksiya işləri zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonların 450-dən çox küçəsi xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.

 

Keçidlər