Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı

03 iyul 2020 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır.
Bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunmuşdur. Mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunmuş və onun fəaliyyəti dayandırılmışdır.
Obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun arendatorları barədə müvafiq tədbirlər görülmüşdür. 

Keçidlər