Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb

04 iyul 2020 | 16:00

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 7-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. 
Axşam saatlarına kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. 
Daxili İşlər Nazirliyinin şəxsi heyəti növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.

Keçidlər