Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi

18 iyul 2020 | 16:00

İyul ayının 18-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə növbəti dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Saat 18-00-a kimi davam edən  tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir.
Qeyd olunmalıdır ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artmışdır.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.

 

 

Keçidlər