Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının küçələri növbəti dəfə dezinfeksiya edildi

16 noyabr 2020 | 16:00

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında böyük artımın olması nəzərə alınaraq noyabr ayının 14-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 16-cı dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə ümumilikdə 554 küçədə dezinfeksiya işləri aparılıb. 
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına riayət etsinlər.

Keçidlər