Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda növbəti iməclik keçirildi

12 mart 2022 | 16:00

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində paytaxtımız Bakı şəhərində geniş miqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməclik keçirilib.
İməclik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları  yuyulub, ətrafı təmizlənib. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına 100 ədəd yeni gül dibçəkləri qoyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı fərdi sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
Novruz Bayramı ilə əlaqədar bütün xidmət vitrinlərinin, obyektlərin qarşısının bayram atributları ilə bəzədilməsi, tərtibat işlərinin görülməsi və insanlarda bayran ab-havası yaradılması işlərinə başlanılıb və bu işlərə özəl sektor nümayəndələri də qoşulub. 
İməclikdə yol kənarlarında yeni gül və kolların əkilməsi, mövcud ağaclara qulluq göstərilməsi, şam ağaclarının, səki, məhəccər, bordyurların, işıq dirəklərinin yuyularaq təmizlənməsi  həyata keçirilib.
Ticarət və Xidmət Departamenti fərdi sahibkarlar və özəl sektor nümayəndələrini fəaliyyət göstərdikləri obyektlərin qarsısında yaradılan təmizliyi qorumaq və əkilən güllərə, kollara, quraşdırılan dibçəklərdəki güllərə mütəmadi qulluq göstərərək şəhərimizin daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

Keçidlər