Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinə nəzarəti gücləndirib

08 avqust 2018 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə paytaxtımızın müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektlərinin (restoran, kafe, şadlıq sarayları) yerləşdikləri ərazilərdə, xüsusilə də, sakinlərin kütləvi istirahət yerlərində ətraf mühitə ziyan vurmaları və atmosferi tullantılarla çirkləndirməsi, vətəndaşların haqlı narazılıqlarına səbəb olan hallarının sayının artması ilə bağlı Bakı şəhərinin Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.

Müşavirədə qeyd olunmuşdur ki, ictimai iaşə obyektləri atmosferə tüstü buraxmaqla havanı çirkləndirir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsi və quruması ilə nəticələnir, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, onların çoxsaylı şikayətinin daxil olmasına səbəb olur. Bu obyektlərin fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazların quraşdırılması təklif edilmişdir.

Həmçinin, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan restoran, kafe və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsi və bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlərin aparılması nəzərdə tutulmuşdur.

 

Keçidlər