Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama

16 oktyabr 2018 | 16:00

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasında yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evlərdir.

Həmin ərazinin sürüşmə zonası olduğu və torpağın landşaftı nəzərə alınmamaqla burada tikinti işləri aparılmış, sonra isə bu tikililər rəsmiləşdirilmişdir ki, bu da tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslərin üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdarda olan sürüşmə zonasında əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülmüş, ərazidəki iki iaşə obyektin fəaliyyəti dayandırılmışdır.

Keçidlər