Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti


Rəsmi adı:
Azərbaycan dilində - Bakı şəhər Xarici Əlaqələr və İnvestisiya Proqramları
Departamenti
İngilis dilində - Foreign Relations and İnvestment Programs Department
of Baku city
Departamentin yerləşdiyi yer: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 4.
tel:492-66-61Tel:492-66-61 / fax: 492-9768 / e-mail: office@bakucity.az

Tərkibi:

  • Rəhbərlik
  • Beynəlxalq münasibətlər və xarici ölkələrin şəhərləri ilə əlaqələr sektoru
  • Beynəlxalq Protokol sektoru
  • İnvestisiya proqramları sektoru
  • Hüquq müqavilə sektoru
  • Katiblik


Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər, sahələrarası koordinasiya və funksional idarəetmə, həmçinin Bakı şəhəri ilə xarici şəhərlər, beynəlxalq təşkilatlar arasında əlaqələrin formalaşdırılması, o cümlədən dövlətin xarici siyasətinə uyğun olaraq xarici investisiyanın Bakı şəhərinə cəlb edilməsi və onun müdafiəsi sahəsində fəaliyyət göstərən Bakı Şəhər İcra Hakimiyyətinin funksional dövlət idarəetmə orqanıdır.
Departament öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Bakı Şəhər İcra Hakimiyyətinin orqanları, şəhər (rayon) icra hakimiyyətləri, digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Həmçinin Departament öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının xaricdəki səfirlikləri, konsulluqları, beynəlxalq təşkilatlardakı nümayəndələri ilə, o cümlədən xarici dövlətlərin və onların regionlarının, beynəlxalq təşkilatların Bakı şəhərindəki nümayəndəlikləri və konsulluqları ilə müəyyən olunmuş qaydada qarşılıqlı fəaliyyətini həyata keçirir.

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN XARİCİ ƏLAQƏLƏR SAHƏSİDƏKİ İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Bakı şəhərinin xarici tərəfdaşları ilə qarşılıqlı beynəlxalq münasibətləri sahəsindəki strategiyası və əsas istiqamətləri üzrə təklifləri hazırlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına təqdim etmək;
Bakı şəhərinin xarici iqtisadi və beynəlxalq münasibətlər sahəsindəki vahid siyasətinin həyata keçirilməsini təmin edərək, xarici investorların Bakı şəhərinə cəlb edilməsi və onların hüquqlarının müdafiəsini təşkil etmək;
Bakı şəhərinin beynəlxalq təşkilatlarla əməkdaşlığını, bu təşkilatların fəaliyyətində Bakı şəhərinin üzv kimi iştirakını, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti orqanlarının beynəlxalq təşkilatlarla əməkdaşlığının koordinasiyasını həyata keçirmək;
Bakı Şəhər İcra Hakimiyyətinin orqanları ilə xarici tərəfdaşlar arasındakı beynəlxalq münasibətlərdə, Bakı şəhərinin xarici iqtisadi və beynəlxalq münasibətlər sahəsindəki vahid siyasətini təmin etmək məqsədi ilə koordinasiyasını həyata keçirmək;
Şəhər layihələri və proqramları çərçivəsində icra hakimiyyəti orqanları ilə xarici investorlar arasında koordinasiyanı həyata keçirmək və investisiya layihələri üzrə məlumat bazasını formalaşdırmaqdır.
Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış şəhərlər Federasiyasının üzvüdür:

Bakının qardaşlaşdığı şəhərlər:

  • Dakar (Seneqal)-1970
  • İzmir (Türkiyə)- 1986
  • Neapol (İtaliya)- 1972
  • Təbriz (İran)- 1994
  • Hyuston (ABŞ)- 1979
  • Bəsrə (İrak)- 1979
  • Sarayevo (Bosniya və Hersoqovina)- 1977
  • Vunqtau-Kondao (Vyetnam)- 1986
  • Bordo (Fransa)- 1979
  • Mayntz (AFR)- 1984


İmzalanmış sazişlər:

  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Kiyev(Ukrayna) Şəhər Administrasiyası arasında əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Minsk (Belarus Respublikası) meriyası arasında Ticarət – iqtisadi, elmi – texniki və mədəni əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Astana Akimatı (Qazaxıstan Respublikası) arasında Ticarət – iqtisadi, elmi – texniki və mədəni əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Daşkənd Şəhəri (Özbəkistan Respublikası) arasında Ticarət – iqtisadi, elmi – texniki və mədəni əməkdaşlıq haqqında;
  • Bakı Şəhər Səhiyyə Baş İdarəsi (Azərbaycan Respublikası) və Moskva Səhiyyə Komitəsi (Rusiya Federasiyası) arasında əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) Tbilisi Şəhəri (Gürcüstan Respublikası) arasında Ticarət – iqtisadi, elmi – texniki və Humanitar əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) Ulyanovsk Şəhər Administrasiyası (Rusiya Federasiyası Ulyanov vilayyəti) arasında Ticarət – iqtisadi, elmi – texniki və Humanitar əməkdaşlıq haqqında;
  • Bakı Şəhər İcra Hakimiyyəti və Sankt – Peterburq arasında iqtisadi – ticarət elmi – texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında;
  • Azərbaycan Respublikası Höküməti ilə Moskva Höküməti arasında Ticarət – iqtisadi,elmi – texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında;


İmzalanmış protokollar:

  • Bakı -Varşava
  • Bakı – Roma
  • Bakı- Haaqa
  • Bakı- Əmman


Müxtəlif səviyyələrdə əlaqələrimiz olan şəhərlər:

Paris, Berlin, İstambul, Vyana, Seul, Maynts, Aberdin, Stavanger, Çendu və Karamay (ÇXR)
Bakıda "Dakar" meydanı, Neapol və Sarayevo, Kral Hüseyn, İzmir küçələri vardır.
Dakarda isə "Bakı" meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondau da isə "Bakı" mehmanxanası vardır.

Bakı aşağıdakı Beynəlxalq təşkilatların üzvüdür:

  • Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyası
  • Ümumdünya İrs Şəhərləri Təşkilatı (YUNESKO)
  • Ümumdünya Energetika Şəhərləri Təşkilatı
  • "Avroqrad" Beynəlxalq İnstitutu
  • Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri Paytaxtlarının İttifaqı


 

Keçidlər