Şriftin ölçüsü :

Saytın rəngi :

Ticarət və Xidmət Departamenti

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır.

Departamentin əsas vəzifələri aşağıdakılardır:

  • Departament bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir.
  • istehlak və xidmət bazarının tənzimlənməsi, ticarət və xidmət obyektlərinin yerləşdirilməsi, istismarı və fəaliyyət dairəsinə aid olan digər sahələrdə normativ tənzimlənməni həyata keçirmək məqsədilə müvafiq sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
  • istehlak və xidmət bazarının inkişafı, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət proqramları və inkişaf konsepsiyalarının həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
  • istehlak və xidmət bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər görmək;
  • malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün mövcud qanunvericiliyə uyğun yerlər müəyyən etmək və müəyyən edilmiş yerlərdən istifadə edilməsinə nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • ticarət ictimai iaşə, məişət və digər xidmət, həmçinin istehsal obyektlərinin mövcud qanunvericiliyə uyğun yerləşdirilməsi və istismarına nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • müəyyən edilməmiş yerlərdəki ticarət və xidmət fəaliyyətinin ləğv edilməsini təmin etmək və bu sahədə pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin mövcud norma və qaydalarına riayət olunmasına, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının gözlənilməsinə nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • mənşəyini, qiymətini və keyfiyyətini təsdiq edən qaimə və digər müşayətedici sənədləri olmayan, yararlılıq, yaxud satış müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların (işlərin, xidmətlərin) satışının (görülməsi və göstərilməsinin) qarşısının alınması üçün və pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərinin iş rejimlərinin əhalinin təlabatı və hüquqları nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun müəyyən edilməsinə və həmin obyektlərdə malların (işlərin və xidmətlərin) qiymətlərinin müvafiq qaydada müəyyən edilməsinə və satılmasına (görülməsi və göstərilməsinə) nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına xüsusi razılıqların (lisenziyaların) verilməsini, həmçinin onların satışı qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • bazarlarda, yarmarkalarda və ticarət mərkəzlərində ticarət və xidmət qaydalarının gözlənilməsinə nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • istehlakçıların maarifləndirilməsi, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mütəxəssislərin hazırlanması üzrə zəruri tədbirlər görmək;
  • qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda materialları hüquq-mühafizə orqanlarına göndərmək;
  •  qanunvericiliyin pozulması ilə bağlı səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;


Ünvan: Az 1033, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 10, VÖEN: 1400042711
Telefon/ faks: (012) 566-83-71

 

Keçidlər