Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat Komitəsi

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 07.05.1993-cü il tarixli, 824 saylı sərəncamı ilə 1920-ci ildən fəaliyyət göstərən Bakı Şəhər Plan Komissiyasının bazasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İqtisadiyyat Komitəsi yaradılmışdır.

Hal-hazırda Komitədə 16 əməkdaş və müxtəlif sahələrlə əlaqəli şəkildə fəaliyyət göstərən 3 şöbə mövcuddur.

Bakı Şəhər İqtisadiyyat Komitəsi Bakı şəhərində ümumilikdə iqtisadiyyatın idarə edilməsi işinə rəhbərlik edən dövlət strukturu olaraq aşağıdakı məsələlərlə məşğul olur:

  1. Bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi.
  2. Şəhərdə iqtisadi münasibətlərin yenidən qurulması proseslərinin idarə edilməsi.
  3. Şəhərin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması və vahid tarif (qiymət) siyasətinin həyata keçirilməsində müvafiq dövlət orqanları ilə birgə əməkdaşlıq etmək.
  4. Sənaye, sosial-mədəni, nəqliyyat, kommunal və tikinti müəssisələrinin fəaliyyətinin təhlili.
  5. Əmək ehtiyatlarından məqsədyönlü istifadə edilməsi. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatların xərclər smetasının təhlili, əsaslı tikinti və təmir üzrə titul siyahılarının təsdiq edilməsi.
  6. Müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların fəaliyyətinin təhlili və onların fəaliyyətində inhisarçı təzahürlərin aradan qaldırılması sahəsində stimullaşdırma sisteminin işlənib hazırlanması və tətbiq edilməsi, şəhər əhalisinin sosial müdafiəsini təmin edən şəraitin yaradılması.
  7. Şəhərin və şəhər icra hakimiyyətinin tabeliyindəki təsərrüfatların sosial-iqtisadi inkişafına dair proqnozların, sosial-iqtisadi proqramların ("İnvestisiya fəaliyyəti haqqında", "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı haqqında", "Bakı şəhəri üzrə təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması haqqında", "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə", "Yanacaq-enerji kompleksinin inkişafı", "Ekoloji cəhətdən dayanıqlı sosial- iqtisadi inkişafa dair və hidrometeorologiyanın inkişafına dair" və "Alternativ enerji mənbələrindən istifadə olunması üzrə") hazırlanıb şəhər icra hakimiyyətinin başçısının müzakirəsinə verilməsi və onların icrası ilə əlaqədar sənədlərin Azərbaycan Respublikası Prezidentinə və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi. Belə ki, bilavasitə Komitə tərəfindən "Bakı şəhərinin qəsəbələrin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair" Tədbirlər Proqramı və "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" hazırlanmış və hal-hazırda onların icrası barədə ayda 2 dəfə Hökümət qarşısında həsabat verilir.
  8. Şəhər təsərrüfatının inkişafı və səmərəliliyinin artırılması, iqtisadi islahatların keçirilməsi ilə əlaqədar olaraq, şəhər və rayon icra hakimiyyətlərinin digər idarə və şöbələrinə ayrı-ayrı mövcud problemlərin aradan qaldırılması və bu barədə təkliflərin hazırlanması üzrə birgə əməkdaşlıq.
  9. Şəhərin idarə, təşkilat və müəssisələrində Komitənin səlahiyyəti daxilində yerində təhlillərin aparılması və nəticələrinin araşdırılıb, çatışmamazlıqlar barədə yerində təkliflərin verilməsi.
Keçidlər