Şriftin ölçüsü :

Saytın rəngi :

Reklam və İnformasiya İdarəsi

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanıdır.

Reklam və İnformasiya İdarəsi aşağıdakı vəzifələri yerinə yetirir:

  • Bakı şəhəri ərazisində küçə reklamı yerləşdirilməsinə nəzarət edir,
  • Bakı şəhərində qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir,
  • Şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır,
  • Bakı şəhərində küçə reklam daşıyıcılarının uçotunu aparır,
  • Bakı şəhərində keçirilən dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir,
  • İdarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir,
  • Fəaliyyət istiqamətlərindən irəli gələn mübahisələr barədə hüquqi və fiziki şəxslərin ərizə və şikayətlərinə baxır, müəyyən olunmuş qaydada müvafiq tədbirlər görür,

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər vəzifələri icra edir və qanunvericilikdə nəzərdə tutlmuş digər işləri yerinə yetirir.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç, 31
Tel: 492-57-05

Keçidlər