Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək
14 mart 2025 | 10:53
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və təşkilatlara müraciət ünvanlayıb.
Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirəcək.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları iməclikdə fəal iştirak etməyə çağırır.