Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Məscidi

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə Bakıda Heydər məscidi inşa olunub. Bu yeni məscid 12.000 metr2 sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4.200 metr2 olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Əsas günbəzin diametri - 30 metrdir.
Qafqaz Müsəlmanları İdarəsinin Heydər məscidinə imam və axundun  təyinatına baxmayaraq, Heydər məscidi dini icma olmadan fəaliyyət göstərir.
Bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsi əsas götürülərək idarə olunur.
26 dekabr 2014-cü ildə Heydər məscidinin rəsmi aşılışı olandan sonra ictimaiyyətin istifadəsinə verilmişdir.
Heydər məscidi ayrıca bir kompleks olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir.

Heydər məscidi idarəsinin rəisi əvəzi -  İntizam Məmmədov

Heydər məscidi idarəsinin dini rəhbəri - Hacı Sabir Həsənli

Sünni təriqəti üzrə imam - Hafiz Abbasov

Şiə təriqəti üzrə axund - Rüfət Qarayev

Keçidlər