Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün paytaxtın 544 küçəsi yuyuldu

13 iyul 2026 | 17:02

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, iyulun 11-də Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

 

 

 

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər