Bakı şəhərinin məişət tullantılarının idarə olunması konsepsiyasının ilkin mərkələsi başa çatdı
Ölkə başçısının tapşırıqlarına əsasən paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərdə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində məişət tullantıları ilə bağlı yeni konsepsiyası hazırlanması işləri aparır. Artıq bu işlərin birinci mərhələsi arxada qalmışdır.
Konsepsiyaya uyğun olaraq ilkin olaraq paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılib. Bu mərkəzdə şirkət tərəfindən Böyük Britaniyadan Bakıya ezam olunmuş 2 mütəxəssi 2 həftə ərzində Nərimanov rayonu ərazisindən yığılmış məişət tullantılarının kompozisiyasının araşdırılması işlərini aparmışlar. Eyni zamanda məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılıb. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.
Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaqdır.
Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tütülüb.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkətinın nümayəndəsi Nick Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çəərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır. O, bildirmişdir ki, keçirilən araşdırmalarının məqsədi ilkin olaraq Nərimanov rayonunda toplanan məişət tullantılarının kompozisiyasını, yəni hansı tip materialdan ibarət olduğunu və hər tip materialın miqdarının nisbətini oyrənməkdir. Təkrar emal oluna bilən tullantıların bu rayon üzrə kompozisiyası artıq müəyyən edilib. Araşdırma vaxtı ərzində Mərkəzdə biz digər rayonlardan da bir partiya tullantı tərkibi barədə ilkin məlumatlar əldə etmişik.
Nərimanov rayonu ilə bağlı isə araşdırmaların nəticəsi kimi artıq bütün ilkin məlumatlar əldə olunub və bunun nəticəsində gələcək addımlarımızı daha düzgün ata biləcəyik.
Növbəti addımlar isə əhali arasında maarifləndirmə işlərinin aparılması və pilot araşdırmalar olacaqdır. Pilot araşdırmaların məqsədi Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsidir. Konteynerlərdəki kompozisiyalar isə ayrıca ölçüləcək. Bu zaman həm də “Təmiz şəhər”lə əməkdaşlıq ediləcək, burada tullantıların daşınması işlərinin aparılması və vətəndaşların adaptasiyası prosesləri öyrəniləcəkdir.
Biz həm də tullantı axını modelini də hazırlayacağıq. Onu təqdim olunan demoqrafik məlumatlarla əlaqələndirəcəyik. (əhalinin sayı, gözlənilən orta artım, əhalinin gəlirləri, ərazidə yerləşən iri kommersiya obyektlərinin sayı və s.) Yəni ümumu axın modeli əldə etmək üçün kompozisiya araşdırmalarının statistikasına demoqrafiq statistika da əlavə ediləcək. Bu modelin köməyi ilə nə qədər tillantı axını, hər növ tullantı materiallarının gələcəyini əvvəlcədən pronozlaşdırmağa çalışağağıq və təxmini olaraq hər növ tullantıdan nə qədər gözləniləcəyini öyrənəcəyik.