Paytaxt Şuşanın azad edilməsini qeyd edir
09 noyabr 2020 | 16:00
Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini elan etdikdən sonra vətəndaşlar küçələrə çıxaraq bu əlamətdar hadisəni böyük coşqu ilə qeyd ediblər.
Bakı sakinləri və paytaxtın qonaqları əllərində Ali Baş Komandanın şəkillərini, bayraqlar və güllər tutaraq şəhərin müxtəlif yerlərində yürüş həyata keçiriblər.
Piyada və maşınla hərəkət edən vətəndaşlar müxtəlif qələbə şüarları səsləndiriblər.