Bakıda küçələr növbəti dəfə dezinfeksiya edildi
23 aprel 2021 | 16:00
Aprelin 24-də paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.