Tbilisi meri Bakını gəzib
14 iyul 2021 | 16:00
Xəbər verildiyi kimi Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
Paytaxtımızı gəzən Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd ediblər. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını qeyd ediblər.
İki gün ərzində qonaqlar Bakı şəhərinin bir sira görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.