Zəfər Gününə həsr olunan video proyeksiya nümayişı və möhtəşəm atəşfəşanlıq keçirilib
8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində bu əlamətdar günə həsr edilən video proyeksiya nümayiş etdirilib.
Ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, işğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarını, müzəffər Ordumuzu, Azərbaycan xalqının birliyini və gücünü əks etdirən şüarları, “Dəmir yumruq”, “Xarı bülbül” kimi rəmzlərini özündə təcəssüm etdirən audio vizual görüntülər nümayiş olunub.
Video proyeksiyanı Azərbaycan musiqisinin ölməz korifeylərinin əsərləri müşayiət edib.