Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

12 yanvar 2022 | 16:00

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir. Əvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub.
Sakinlərin rahatlığı üçün bu rayonlarda ilkin mərhələdə Bakı Şəhər və  Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin  könüllülər bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.
Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədi ilə ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasina ötən ilin may ayında başlanılan Yasamal rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 6 - 8 ton, sonradan isə tədricən 11 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-25  ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir  avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur. Cari ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.


      Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər