Şriftin ölçüsü :

Saytın rəngi :

Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirdi

28 yanvar 2022 | 16:00

Artıq 3 ildən çoxdur ki, paytaxtımız Bakı şəhərində Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
Əvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir.
Layihənin tətbiqinin monitorinqi məqsədi ilə Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri cənab Martin Saymon paytaxtımıza gəlmişdir. Qonaq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində layihənin rayonlar üzrə tətbiqinin nəticələrini araşdırmış, mətbuat nümayəndələrinə bu barədə məlumat verərək jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Martin Saymon bildirmişdir ki, layihə Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq əldə olunan nəticələrini uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib. Onun böyük əraziyə və mürəkkəb landşafta malik olmasına baxmayaraq şəhər çox təmizdir, təmizliyi göz qamaşdırır. Bundan əlavə konteyner meydançalarına nəzər saldıqda burda da təmizliyin şahidi olduq. Layihə uğurla davam edir.
Qonaq müqayisə üçün qeyd etdi  ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 3 il ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm son vaxtlarda 30-32 faizə, çeşidlənmiş tullantıların yararlılığı isə 55-60 faizə çatıb, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Bu müsbət hallar layihəyə sonradan qoşulan digər 3 rayonda da əldə edilib.
Martin Saymon qeyd edib ki, müqavilənin tətbiqi ilə bağlı sakinlər arasında geniş maarifləndirmə və izahetmə işləri davam etdirilməlidir.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlradan fəal istifadə edilir.
Bildirildi ki, nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq,  ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

Keçidlər