Əziz bacı və qardaşlar, hörmətli qonaqlar!
09 may 2013 | 15:00
Bakı Şəhəri İcra Hakimiyyəti sizi bu təravətli və füsunkar bahar günlərində Müstəqil Azərbaycan Dövlətinin banisi və qurucusu Ümummilli lider, Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 10-da Heydər Əliyev adına Parkda keçiriləcək Gül bayramına dəvət edir.
Bayram şənlikləri saat 1200-dan Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında başlayacaq və dənizkənarı Milli Parkda Saat qülləsi yanında saat 2100-dan bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam etdiriləcəkdir.