Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb
07 avqust 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli - sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanmışdır.
İlk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin və fasadlarının təmiri, həyət və məhəllələrin, ümumi istifadə yerlərinin abadlaşdırılması, vətəndaşların istirahəti üçün müvafiq şəraitin yaradılması, onların yeni səviyyəyə çatdırılması işləri aparılır.
Bütün bunlar Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsinə, paytaxtımızın daha da müasirləşməsi və gözəlləşməsinə xidmət edir.