Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı
09 yanvar 2023 | 11:41
Yanvarın 9-u gündüz saatlarından etibarən paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışıblar.
Dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır.










