Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti
07 mart 2024 | 15:43
Yaz mövsümünün başlanması və Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməcliyi keçiriləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.
Gəlin Novruzu təmiz şəhərlə qarşılayaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti