Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı və İslamabad qardaşlaşdı

11 iyul 2024 | 13:21

Azərbaycan və Pakistanın paytaxtları Bakı və İslamabad qardaşlaşmış şəhər olublar. Bu barədə sənəd Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri çərçivəsində imzalanıb.
Xəbər verildiyi kimi İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Bu səfər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Azərbaycan və Pakistan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlər imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən imzalanma mərasimində “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.

Keçidlər