Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb

19 yanvar 2024 | 10:05

 

Yanvarın 19-da  “Şəhidlər Xiyabanı”nda  20  Yanvar faciəsinin otuz dördümcü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Şəhidlər Xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb.  Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

 

 

 

Keçidlər