Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda bayram konserti və möhtəşəm atəşfəşanlıq keçirilib

08 noyabr 2023 | 16:18

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Qələbənin üçüncü ildönü böyük cevinclə qarşılanır. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunub. Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin üçüncü ildünümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Həmçininn prospekt və küçələrdəki binaların eyvanlarından ölkəmizin üçrəngli bayraqları asılıb. Dənizkənarı Bulvara toplaşan Bakı sakinləri və paytaxtımızın qonaqları konsertdə çıxış edənlərin ifalarını sürəkli alqışlarla qarşılayıblar.

Konsertin sonunda möhtəşəm atəşfəşanlıq keçirilib. Konsert proqramı və atəşfəşanlıq Bulvara toplaşan insanlarin xüsusi coşqu və sevincinə səbəb olub.

Keçidlər