Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Milli Qurama Festivalı keçirilir

08 iyul 2022 | 10:11

 

Azərbaycanda ilk dəfə olaraq keçirilən Milli Qurama Festivalı çərçivəsində ilk tədbir Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi və yeni istifadəyə verilən və qısa müddətdə paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilən  “Çəmbərəkənd” parkında təşkil edilən dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası olmuşdur. Bu satış yarmarkasında müxtəlif bölgələri təmsil edən quramaçı sənətkarların əl işlərinin nümayişı və satışı  həyata keçirilib.

İştirakçı və qonaqların böyük marağına səbəb olan bu yarmarkada sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prossesini nümayiş etdirib, onların suallarını cavablandırıb,  qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edilib ki, 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaq bu festival zamanı “Azərbaycanda xalq sənətkarlığı - Qurama” elmi-praktik konfransı, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun  və sair tədbirlər təşkil olunacaqdır.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi, qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

 

Keçidlər