Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda nə baş verir?

21 oktyabr 2024 | 12:16

Bakıda oktyabrın 21-də səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu gün təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər global iqlim dəyişikliyini də göstərirlər.

Bakı şəhər İcra Hakimiyyətində bununla bağlı müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı  tədbirlər müəyyənləşdirilib.

Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları  tərəfindən gün boyu aidiyyəti qurumlara subasmalarla bağlı məlumatlar veriləcək.

 

Keçidlər