Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının 554 küçəsi yuyuldu

03 sentyabr 2023 | 14:23

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 2-də paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 554 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

Keçidlər