Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bakının 543 küçəsi yuyuldu

30 mart 2024 | 17:37

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 30-da ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası və yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən paytaxtda növbəti ağacəkmə aksiyası təşkil edilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməclik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən 543 küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.

 

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

Keçidlər