Şriftin ölçüsü :

Saytın rəngi :

Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə AXC qurucularının məzarlarını ziyarət edib

01 oktyabr 2022 | 12:18

 

Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, görkəmli siyasi xadim sabiq xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər Tbilisi şəhərinin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının məzarlarını ziyarət ediblər.

Eldar Əzizov, Həsən Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev panteonda Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin məzarları üstünə gül dəstələri düzüblər.

BŞİH-nin başçısı daha sonra Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində və böyük ədib, həkim və dövlət xadimi Nəriman Nərimanovun ev muzeyində olub.

Eldar Əzizova hər iki muzeyin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eldar Əzizov muzeylərin fəaliyyəti ilə tanış olub, burada qorunan Azərbaycan mədəniyyəti nümunələrinə baxıb.

 

Keçidlər