Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

15 iyun 2025 | 12:51

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri - “Natiq” ritm qrupu, Alim Qasımov, Dilarə Kazımova, EMİN, Faiq Ağayev, Fərqanə Qasımova, İlhamə Qasımova, İradə İbrahimova, Lalə Məmmədova, Manana, Nigar Camal və Eldar, Röya, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Tünzalə Ağayeva və digər tanınmış incəsənət ustaları çıxış ediblər.
İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib.
Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaşaçı mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.
Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.

 

Keçidlər