Şriftin ölçüsü :

Saytın rəngi :

İməclikdə Bakının 545 küçəsi yuyuldu

11 iyun 2023 | 15:26

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyunun 6-da paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər