Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda ağacəkmə aksiyası

19 aprel 2023 | 12:45

 

        Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib. Aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri  iştirak ediblər.

        Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada   Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkildi. BŞİH və komitə tərəfindən sabah və gələn həftə ərzində minlərlə  yeni ağac əkiləcəkdir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum günüdə   keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 

        Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Yaz mövsümü ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

Keçidlər