Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

29 aprel 2022 | 12:20

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də  daxil edilib.

Komissiya Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir. 

Artiq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər