Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda zeytun ağaclarının müalicəsi ilə bağlı açıqlama

28 avqust 2023 | 16:39

Mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyib. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılıb. Xüsusi olaraq Bakıya  xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə  payız mövsümündə bu ağacların budanması aparılacaq.

 

 

 

 

                                                                                          Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

Keçidlər